Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 15-ci Polis Bölməsinin (PB) rəisi Fəxrin Bektaşi yeni vəzifəyə təyin edilib.

Məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, F.Bektaşi 15-ci PB-nin rəisi vəzifəsindən azad edilərək Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə rəis təyin olunub/Report.

Qeyd edək ki, F.Bektaşi 2019-cu ildən Sabunçu RPİ-nin 15-ci PB-nin rəisi vəzifəsində çalışırdı.

Mlumata görə,  22-ci Polis Şöbəsinin rəisi Zaur Əliyev isə Binəqədi RPİ-nin rəis müavini təyin olunub.

Mia.az