Moskvanın Ostankino məhkəməsi “Birinci” kanal-ORT-nin “Vremya-Zaman” proqramının əməkdaşı Mariya Ovsyannikova barədə qərar verib.

Mia.az "RİA-Novosti"yə istinadla xəbər verir ki, o, kütləvi tədbir qaydalarını pozduğuna görə, 30 min rubl cərimə edib. 

Qeyd edək ki, jurnalist “Vremya” xəbərlərproqramının canlı efirinə çıxaraq Ukraynada müharibəyə etiraz plakatını qaldırıb və şüarlar səsləndirib.