Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bəzi kateqoriyalar üzrə yeni viza müraciətləri müvəqqəti olaraq qəbul etməyəcək.
Mia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin tviter hesabında məlumat verilib.
Bildirilib ki, təhsil, iş və ailə üzrə yeni viza müraciətləri üçün “prioritet” və “super prioritet” viza xidmətləri müvəqqəti olaraq dayandırılıb: "Standart ziyarətçi vizalarının hazırlanması orta hesabla 6 həftə çəkəcək".