“Vətəndaşlarımızın Qarabağa qayıdışı üçün layiqli həyat şəraiti yaradılmalıdır”.
Mia.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
Baş nazirin sözlərinə görə, onlar illər boyu Prezidentdən, hökumətdən öz evlərinə qayıtmağını istəyirdilər: “Qarabağın bərpası və insanların ora qayıdışı bizim üçün ən prioritet məsələdir”.