"“Meta” qaydalar və manipulyasiya ilə oynayıb, bu isə onun gələcəkdə Rusiyada işləyəcəyi ehtimalını azaldır".
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Peskov “Facebook” və “İnstagram”ın gələcəkdə Rusiyada fəaliyyət göstərib-göstərməyəcəyi barədə suala caavb verərəkən deyib.
“Şirkət əvvəllər buraxılmış çox xoşagəlməz səhvlərdən birtəhər uzaqlaşmağa çalışsa da, dolayısı ilə etiraf edir ki, Ukrayna ərazisində bu və ya digər üsulların tətbiqi məqbuldur, amma hansısa ölkədə hələ də qəbuledilməzdir. Yəni, şirkət bir az qaydalarla, manipulyasiya ilə oynayıb. Bu, ölkə ərazisində belə şirkətlərin fəaliyyət göstərməsini az mümkün edir", - deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Rusiyada “Meta” şirkətinə daxil olan “Facebook” və “İnstagram” sosial şəbəkələrinin fəaliyyəti dayandırılıb. Ölkə ərazisindən bu şəbəkələrə giriş məhdudlaşdırılıb