Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddətin qaldığı nəzərə alınaraq martın 15-i saat 18:00-da şagirdlərin elektron yerdəyişməsi portalında (sy.edu.az) IX sinif şagirdlərinin yerdəyişməsi bağlanılacaq.

Mia.az Təhsil Nazirliyinə istinadla xəbər verir ki, yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək.