Azərbaycana 1200 doza “TURKOVAC” vaksini gətirilib.

Bunu Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov deyib.

O bildirib ki, sınaqlar üçün 15 aylıq dövr var: "Koronavirus əleyhinə buster doza alan, iki doza inaktiv vaksin olunan şəxslər könüllü olaraq müəyyən ediləcək: “Könüllülərin ümumi skrinq müayinələri aparılacaq, həmin anda COVID-19 olub-olmamaları, digər ciddi patologiyalar araşdırılacaq. Qarşılıqlı şəkildə həmin şəxslərin buster dozaya uyğun protokollaşdırdıqdan sonra həmin könüllülərin buster doza şəklində kliniki sınaq mərhələsində iştirak edəcək”.