Hərbi prokurorun müavini Rasim Kazımov vəzifəsindən azad edilib.
Mia.az Baş Prokurorluğa istinadla bildirir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, R.Kazımov prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.