"G-7” (“Böyük 7-lik”), Avropa İttifaqı, NATO vətəndən kənarda sığınacaq axtaranları deyil, öz torpaqlarını müdafiə edən ukraynalıları taleyin ümidinə buraxmayacaq”.

Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib/Report.

O bildirib ki, Putin Rusiyanı qlobal təcridə salacaq: "Ukraynaya qarşı müharibəsi ilə Rusiyanı çöküşə aparır”.

Qeyd edək ki, martın 5-də ABŞ-ın dövlət katibi Entoni Blinken, habelə Böyük Britaniya, Kanada, Ukraynanın xarici işlər nazirləri, NATO-nun Baş katibi Yens Stoltenberqlə yanaşı, Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirlərinin Brüsseldə təcili toplantısı olacaq.

Mia.az