Rusiyada daha bir neçə media qurumunun fəaliyyəti dayandırılıb.

Mia.az TASS-a istinadən xəbər verir ki, Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti (“Roskomnadzor") məlumat yayıb.

Bildirilib ki, "Meduza”, “Azadlıq Radiosu”, “Amerikanın Səsi” və BBC-nin Rusiya xidmətinə giriş məhdudlaşdırılıb.