Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın tərkibində dəyişiklik edilib.
Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarı ilə Nazirlər Kabinetinin "Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında” qərarında dəyişiklik edilib.
Dəyişikliklə komissiyanın tərkibindən Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini çıxarılıb. Onun yerinə isə həmin siyahıya iqtisadiyyat nazirinin müavini əlavə edilib.