"BMT, Dünya Bankı və Avropa İttifaqının birgə qiymətləndirmə missiyasının ekspertləri martın 7-dən 17-dək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olacaq".
Bu barədə BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva jurnalistlərə bildirib.
Onun sözlərinə görə, münaqişəsonrası mərhələdə yardım BMT və Azərbaycan arasında əməkdaşlığın sahələrindən biridir.
Bununla əlaqədar olaraq, BMT, Dünya Bankı və Aİ-nin 10 ekspertdən ibarət birgə missiyası martın 7-dən 17-dək Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək. Səfərin məqsədi ərazilərin bərpasında Azərbaycana necə dəstək verilməsini müəyyən etməkdir.