Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevdə TV-lərin yayımını tənzimləyən teleqülləni vurub.
Mia.az TRT-yə istinadla xəbər verir ki, raket zərbəsi ilə teleqüllə sıradan çıxarılıb.
Faktı Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko təsdiqləyib.
Bildirilib ki, teleqüllənin vurulmasına görə Ukraynada bir çox TV-lərin fəaliyyətində fasilə yaranıb.
Bununla bərabər,5 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.
İlkin məlumatlara görə, Kiyev teleqülləsinə iki raket düşüb. Teleqülləni elektrik enerjisi ilə qidalandıran transformator yarımstansiyası, eləcə də idarəetmə otağı zədələnib.