Rusiya hərbi qüvvələrinin Ukraynanın Xerson şəhərinə endirdiyi hava zərbəsi nəticəsində azərbaycanlı ailə həlak olub.

Mia.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski məlumat paylaşıb.

O bildirib ki, Rusiyanın Ukraynanın Xerson şəhərinə endirdiyi hava zərbəsi nəticəsində Azərbaycanın Cəbrayıl rayonundan olan Qoşqar Fərzəliyevin həyat yoldaşı və uşaqları həlak olub:

"Biz dərin hüznlə başsağlığı verir və bütün dünyanı susmamağa çağırırıq!

Allah ölənlərə rəhmət eləsin!”.