Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna yeni rəhbər təyin olunub.

Mia.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, institutun direktoru vəzifəsi Pərvin Əkbərova həvalə olunub.

Məlumatı "Report"a TƏBİB-dən təsdiqləyiblər.