Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.
Mia.az xəbər verir ki, Ümumi yığıncaqda Akademiyaya yeni prezident seçiləcək.
Məlumata görə, hazırda yığıncaqda iştirak edəcək şəxslərin sayı dəqiqləşdirilir.
İddialara görə, AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun namizədliyi irəli sürüləcək..
Qeyd edək ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.