Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Aparat rəhbəri Leysan Məmmədov vəzifəsindən azad olunub.

Məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

L.Məmmədov Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunub/Report.

Xatırladaq ki, L.Məmmədov ötən ilin yayına qədər Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlər Müdiriyyətinin direktoru vəzifəsində çalışıb.