“Son günlər ölkədə koronavirusa yoluxma kəskin artır. Bunun əsas səbəbi “Omikron” ştamıdır. Çünki yeni ştam daha yoluxdurucudur”.
Bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib/Report.
Nazirin sözlərinə görə, hazırda ölkədə koronavirusla bağlı vəziyyət idarəolunan və nəzarət altındadır:
“Xəstəxanaya çatdırılma və müalicə ilə bağlı heç bir problem yoxdur. “Omikron”la bərabar hələ “Delta” variantı da gündəmdir. Reanimasiyaya düşən pasiyentlərin arasında bunu müşahidə edirik”.