Azərbaycanda daha 44505 nəfər peyvənd olunub.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bununla da Azərbaycanda peyvənd olunanların ümumi sayı  12 306 245  nəfərə çatıb.

Bunlardan 5 255 473 birinci,  4 756 764 ikinci mərhələ üzrə vaksinasiya olunub, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 2 294 008-ə yüksəlib.