Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.

"Barselona" öz meydanında "Mançester Siti"ni qəbul edib. İlk görüşdə səfərdə rəqibinə iki cavabsız qolla qalib gələn kataloniyalılar bu oyunda 2:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib..

Digər görüşdə "Bayer" (Leverkuzen) səfərdə PSJ-nin qonağı olub. Almaniyada baş tutan ilk matçda rəqibini 4:0 hesabı ilə darmadağın edən Paris klubu bu dəfə də rəqibindən üstün olub - 2:1.

Qeyd edək ki, 1/8 finalın digər oyunları martın 18 və 19-da keçiriləcək.