Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru Rüstəm Əbülfətoğlu vəzifəsindən azad olunub.

Mia.az xəbər verir ki, bu barədə onun özü məlumat verib.

O bildirib ki, ona göstərilmiş etimadın məsuliyyətindən çıxış edərək Medianın İnkişafı Agentliyindəki fəaliyyətini bu gün öz xahişi ilə başa vurub.