Futbolçu Kriştiano Ronaldonun sevgilisi İrina Şeyk yeni fotosessiyası ilə yenidən diqqət mərkəzinə gəlib. 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, "Beach Bunny” çimərlik geyimləri brendinin 2014-cü ilin dəbini diqtə edən kolleksiyasını nümayiş etdirib. 

Uzun müddətdir sözügedən şirkətlə işbirliyi quran 28 yaşlı model olduqca cazibədar görünüb. Markanın yaz-yay kolleksiyası böyük maraq doğurub.