Təhsil Nazirliyi koronavirusun yeni ştamı “Omikron”un sürətli yoluxma qabiliyyətliliyi səbəbindən məktəblərin bağlanması məsələsinə münasibət bildirib.

Mia.az xəbər verir ki, nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev fevralın 2-si tarixinə görə ölkədə 9 məktəb COVID-19-la əlaqəli distant tədrisə keçdiyini deyib.

Şöbə müdirinin sözlərinə görə, 299 sinif də tədrisi onlayn formada davam etdirir: “Bir həftə ərzində onlar distant tədrisdə olacaq: “Hazırda statistika göstərir ki, yoluxma sayı əvvəlki aylarla müqayisədə nisbətən çoxdur. Lakin sağalanların çox olduğunu nəzərə alsaq, hazırda məktəblərdə yoluxma vəziyyəti nəzarət altındadır. ümumilikdə məktəblərin bağlanmasına səbəb olacaq problem yoxdur”.