Paytaxtdakı 26 nömrəli tam orta məktəbdə distant təhsilin müddəti uzadılıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 26 nömrəli tam orta məktəbin fəaliyyəti yanvarın 28-dən distant təhsil formasında davam etdirilir.

Belə ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 26 nömrəli tam orta məktəbdə əyani tədris prosesinin distant təhsillə əvəz olunmasına qərar verilmişdi.