Ötən gün səhhəti pisləşərək xəstəxanaya yerləşdirilən tanınmış jurnalist, yazıçı Azər Qismətin (Məmmədov) son vəziyyəti açıqlanıb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva bildirib ki, 49 yaşlı jurnalist ürəyindən əməliyyat olunub: “Azər Qismət özünü narahat hiss edən kimi həkim briqadası ilə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər infarkt keçirdiyini bildirib. Ürəyindən əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır. Yaxın günlərdə xəstəxanadan evə buraxılacaq”.