Ucarın Qaradağlı kənd məktəbində şagirdin intihara cəhd etməsi fatkı ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Mia.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla bildirir ki, qeyd edilən faktla bağlı hazırda araşdırma aparılır.
Xatırladaq ki, Ucar rayonunun Qaradağlı kənd məktəbində kənd sakini, 13 yaşlı F.M-nin (qız) sinif yoldaşı L.B (qız) tərəfindən təhqir edilməsi və döyülərək xəsarətlər yetirməsi barədə məlumat yayılıb. Bildirilib ki, bu hadisədən sonra F.M intihara cəhd edib və bilək nahiyəsini kəsib.