Hacıqabulda itkin düşən 59 yaşlı qadın tapılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov məlumat verib.

O deyib ki, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Svetlana Hümmətova rayon ərazisində tapılıb və ailəsinə təhvil verilib.