Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Məlumata görə, icra başçısının əmri ilə Hacıbaba Adil oğlu Babayev şöbə müdiri təyin edilib.

Qeyd edək ki, H.Babayev daha əvvəl RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.