"Trabzonspor" - "Fənərbaxça" oyunu yarımçıq dayandırıldı
Türkiyə Superliqasında 24-cü turun son qarşılaşmasında qalmaqal yaşanıb. Nəticədə "Trabzonspor" - "Fənərbaxça" matçı yarımçıq dayandırılıb.
Buna yerli azarkeşlərin meydançaya yad əşyalar, pekardalar, partladıcı maddələr atması səbəb olub. İlk hissənin ortalarında məhz bu səbəbdən oyun 10 dəqiqə dayansa da, sonradan qaldığı yerdən davam edib.
Lakin ilk hissəyə əlavə edilən 10-cu dəqiqədə azarkeşlər tərəfindən "Fənərbaxça"nın qapıçısı Volkan Dəmirələ yad əşyaların atılması oyunun yenidən durmasına səbəb olub. Matçın baş hakimi Bülənt Yıldırım dərhal köməkçiləri ilə paltardəyişmə otağına yollanıb. Ardından "Fənərbaxça"lı futbolçular da paltardəyişmə otağına gediblər. Daha sonra görüşün təxirə salındığı rəsmən elan olunub.
Qeyd edək ki, ilk hissədə cəmi bir qol olmuşdu. Matçın 23-cü dəqiqəsində Emanuel Emenike "Fənərbaxça"nı hesabda önə keçirmişdi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11