Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən sosial şəbəkələr və kütləvi informasiya vasitələri üzrə aparılan daimi monitorinq nəticəsində “Facebook” sosial şəbəkəsində Baş Prokurorluğun və bəzi tabe rayon (şəhər) prokurorluqlarının adından “fake” (saxta) hesabların açılması müəyyən edilib.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş Prokurorluğun mavi nişan (blue sign) vasitəsi ilə təsdiqlənmiş facebook, instagram, youtube, telegram sosial şəbəkərindəki rəsmi səhifələrindən başqa hər hansı digər hesabları mövcud deyildir: "Odur ki, vətəndəşlarımızdan ayıq-sayıq olmaqla yalnız rəsmi sosial media səhifələrimizi izləməyi tövsiyə edirik.
Eyni zamanda, dövlət qurumlarının adından saxta hesabların yaradılmasının yolverilməzliyi barədə xəbərdar etməklə bu kimi neqativ hallara yol vermiş şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilir.

Baş Prokurorluğun sosial şəbəkələrdəki rəsmi səhifələri:

"Facebook" səhifəsi – (link: https://www.facebook.com/prokurorluq/)
"İnstagram" səhifəsi – (link: https://www.instagram.com/prokurorluq/)
"Telegram" kanalı – (link: https://t.me/prokurorluq)
“Youtube” kanalı – (link: https://www.youtube.com/user/prokurorluq )
“Twitter” səhifəsi – (link: https://twitter.com/prokurorluq )".