Bakıdan çıxan ilk sərnişin avtobusu Şuşaya çatıb.
Mia.az-ın məlumatına görə, bu gün səhər saatlarında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən Bakı-Şuşa-Bakı marşrutları start götürüb.
İlk sərnişin marşrutu Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən 06:30-da Şuşa istiqamətinə hərəkətə başlayıb. İlk olaraq Şuşaya iki marşrut avtobusu yola düşüb.
Bakı-Şuşa-Bakı müntəzəm avtobus reyslərinin ilk sərnişinlərinin qarşılanma mərasimində şəhərin polis rəisi Səməd Məhərrəmov deyib ki, Şuşa şəhəri minalardan tam təmizlənib, amma vətəndaşlar hər ehtimala qarşı ehtiyatlı olmalıdırlar: ""Vəzifə borcumdur ki, sizə bildirim - səfər vaxtı hardasa döyüş sursatları görə bilərsiniz. Bunu sizi müşaiyət edən polis əməkdaşlarına dərhal bildirin". -
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə bu gündən sərnişin avtobuslarının müntəzəm reysləri başlayıb.