Yanvarın 21-də Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsində qazanılan Zəfərə həsr olunmuş zefer.az saytının təqdimat mərasimi keçirilib.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin baş məsləhətçisi Humay Qasımovanın moderatorluğu ilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət və media təmsilçiləri iştirak edirlər.

Tədbir Vətən müharibəsində şəhid olanların əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra “zefer.az” saytına həsr olunmuş videoçarx nümayiş edilib.