Energetika Nazirliyi yanında Enerji Məsələlərinin Tənzimlənmə Agentliyinin (EMTA) Lənkərandakı regional bölməsində kadr islahatı həyata keçirilib.
Məlumata görə, EMTA-nın Lənkəran regional şöbəsinin rəhbəri Ramin Əliyev vəzifəsindən azad edilib.
Onun yerinə bu vəzifəyə İntiqam Mehdiyev təyin edilib.
“Report”un sorğusuna cavab olaraq Agentlikdən bu xəbəri təsdiq ediblər.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2017-ci il 22 dekabr tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Enerji Məsələlərini Tənzimləmə Agentliyi” (EMTA) yaradılıb.