Azərbaycanda regional olaraq telefon rabitəsi və internet xidmətini həyata keçirən dövlət şirkətində yeni təyinat olub.

Mia.az Banker.az-a istinadən xəbər verir ki, Renat Rüstəmov “Aztelekom” MMC-nin İnsan resursları departamentinin direktoru təyin edilib. O, bu vəzifənin icrasına 2022-ci ilin yanvarından başlayıb.

Qeyd edək ki, R.Rüstəmov 2021-ci ilin mayında “Aztelekom”a təyinat almışdı. O bundan öncə “Sumqayıt Texnologiyalar Parkı” və “Yalama Agropark”da çalışmışdır.

Xatırladaq ki, bu günlərdə alman əsilli Klaus Müllür "Aztelekom"a baş direktor təyin olunub.