Ötən il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində tapılıb.
Mia.az DİN-ə istinadla xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirlib ki, körpəni oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar.
Araşdırmalar davam etdirilir.