Abşeron rayonunda 3 nəfər dəm qazından boğularaq ölüb.

Mia.az Baş Prokurorluğa istinadla xəbər verir ki, hadisə yanvarın 6-da rayon ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Gülağa Əliyev, 1966-cı il təvəllüdlü Akif Nərimanov və 1981-ci il təvəllüdlü Elşən Alışov kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.