Qazaxıstanın telekanal əməkdaşı iğtişaşlar zamanı həlak olub.

"RİA Novosti" xəbər verir ki, Almatıda ölkə prezidentinin iqamətgahı yaxınlığında baş verən atışma zamanı telekanalın əməkdaşı güllə yarası alıb.

Aldığı yaradan o, hadisə yerində keçinib. Ölən şəxsin çəkiliş qrupunun sürücüsü olduğu qeyd edilir.

Telekanalın müxbiri isə atışma zamanı yaralanıb və xəstəxanaya yerləşdirilib/Report.