""Azəriqaz" indicə gəlib qapını-zadı döymədən bu bildirişi gizlicə qoyub qaçıb. Son göstəricini 1283 kub yazıblar və 25 qəpikdən hesablayaraq 141.25 AZN çıxarıblar".
Mia.az xəbər verir ki, bu sözləri tərcüməçi-yazar Nadir Qocabəyli deyib.
O bildirib ki, dekabrin 31-də fotosunu çəkib "Azəriqaz"a göndərdiyi sayğacdakı son göstərici 1185 kub olub:
"Deməli, 98 kubu mənə 12 qəpik əvəzinə 25 qəpikdən hesablayıblar. Hər kubda 13 qəpik artıq. Bu da 12 manat 74 qəpik edir. Hər abunəçidən bu qədər artıq alsalar, görün, hara vurur. Mən o pulu şəxsən ödəməyəcəyəm, 12 qəpiklik limitimin üzərinə gəlinməsini gözləyəcəyəm.
Şapalaq üz qızardaraq 10 manata kitab sat, onu da dələduzlar əlindən alsın...".