"Qalatasaray"ın canlı əfsanəsi həbs edildi
"Qalatasaray” və Rumıniya millisinin keçmiş futbolçusu George Popesku 3 il 1 ay həbs cəzası alıb.
Buna Popeskunun transferlərdə qanunsuzluq etməyi və vergidən yayınmağı səbəb olub. O, 1999-2005-ci illərdə 12 transferdə maliyyə fırıldağına yol verməkdə günahkar bilinib.
Popesku futbolçu karyerası ərzində PSV, "Tottenhem", "Barselona", "Qalatasaray" kimi klubların uğurları üçün tər töküb. O, İstanbul təmsilçisinin 2000-ci ildə UEFA kubokunu qazanmasında böyük rol oynayıb.
George Rumıniya (1988), Hollandiya (1991, 1992), Türkiyə (1998, 1999, 2000) çempionudu. Rumıniya kubokunu (1988), İspaniya kubokunu (1997), Hollandiya superkubokunu (1997) qazanıb. /Dailysport.az/
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11