Baş Prokurorluqda kadr dəyişikliyi olub.
Mia.az xəbər verir ki, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Orxan Rzayev tutduğu vəzifədən azad edilib.
Digər əmrlə o, Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin Kriminalistika şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifəsinə təyin edilib.