Bakıda 2 yaşlı uşaq oğurlanıb.

Məlumata görə, dekabrın 29-da Sabunçu rayonu ərazisində R. Şıxəliyevanın oğlu, iki yaşlı Məhəmmədin naməlum qadın tərəfindən oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma başlanıb və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.