Dövlət İmtahan Mərkəzinin yaratdığı işçi qrupu informatika fənni üzrə kurikulumun təlim nəticələrinin tələblərinə uyğun qəbul proqramı hazırlayıb.
Mərkəzdən Mia.az-a verilən məlumata görə, proqrama ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının reallaşdırılması üçün verilən mövzular daxil edilib.
2023-cü ildə informatika fənni üzrə imtahan vermək istəyən abituriyentlər bu proqram əsasında imtahana hazırlaşa bilərlər.
Qəbul proqramı ilə verilmiş keçidlərdən (Azərbaycan və rus dillərində) tanış ola bilərsiniz.
https://dim.gov.az/upload/iblock/97b/97b374aed298bc8883dfeafe705e5185.pdf
https://dim.gov.az/upload/iblock/2a8/2a8085df623343c42c85af2386901962.pdf