“Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” magistral qaz kəmərində əmələ gəlmiş güclü sızmanın qarşısının alınması məqsədi ilə sabah saat 11:00-dan etibarən təmir işlərinə başlanılacaq.

Mia.az “Azəriqaz”a istinadla bildirir ki, təmir işləri başa çatanadək İmişli rayonunun tam olaraq, Saatlı və Sabirabad rayonlarının isə bir hissəsinin qaz təchizatında fasilə yaranacaq: “Qaz təchizatının bərpası günün ikinci yarısı saat 17:00-dək planlaşdırılır”.