Prezident İlham Əliyev “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 – 2021)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Mia.az xəbər verir ki, qanuna əsasən “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 – 2021)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilib.

“Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 – 2021)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilib.