Azərbaycanda daha çox təhsil alanlar Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan və Çindən olan tələbələrdir.
Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, 2021-2022-ci tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 101 ölkədən 7400-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan tələbə təhsil alır.