"Neftçi”nin keçmiş idman direktoru, Azərbaycan Kik-Boksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov AFFA-nın ünvanına sərt sözlər işlədib.

"Qafqazionfo” xəbər verir ki, G.Cabbarov facebook profilində payıaşdığı statusla son vaxtlarda, klublarda alman mütəxəssilərin üstünlük təşkil etməsində AFFA-nı günahkar bilib və futbol qurmunun ünvanına ittihamlar yönəldib: "Affa almanlaşdırılır. Bu da yetmir, bütün klublara Alman idman direktorları gətirilir. Belə getsə, Adolf Hitlerin 1941-1945 ci ildə Bakını işğal etmək missiyasını Affa-da Elxan Memmedov Foksla bərabər gerçəkləşdirəcək”

Qeyd edək ki, klublarımızdan son olaraq "İnter” alman mütəxəssislə işləməyə başlayıb. Belə ki, "İnter”də uşaq futbolu üzrə koordinator vəzifəsinə almaniyalı Tovsten Spittlev təyin olunub.

***

Güloğlan Cabbarovun fikrinə qarşı tərəfdən, AFFA-dan münasibət öyrənməyə çalışsaq da, nə AFFA-nın baş katibi Elxan Məmmədovla, nə də ki, qurumun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxlaya bildik.