Vətən müharibəsinin şəhidi baş leytenant Valeh Məmiyevin ailəsi Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Ankaraya səfərə gedib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Şəhidin atası İsbat Məmiyev, anası İlhamə Məmiyeva, qardaşı Vüsal Məmiyev və qardaşı oğlu Sabir Məmiyev Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün qəbrini, Qurtuluş Savaşı Muzeyini ziyarət ediblər.