Milli Məclisin bu gün keçirilən plenar iclasında “Media haqqında” yeni qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.
Mia.az xəbər verir ki, layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.
Xatırladaq ki, qanun layihəsi media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Layihə 9 fəsil 78 maddədən ibarətdir.