Vətəndaş İskəndərov Ziyəddin Məhəmməd oğlu öz həyat yoldaşı İsgəndərova Vəfa Culu qızının adına “Sahil -D Kompani” MMC dən 2008-ci ildə aldığı mənzili onun əlindən zorla alıb, başqasına vermək istəyirlər.
Mia.az-ın Azinforum.az-a istinadla məlumatına görə, sözügedən mənzil qanuni çıxarışla bu ailənin mülkiyyətinə aiddir. 2021-ci ilin oktyabr ayında məlum olub ki, Samirə Səfərova adlı bir xanım mənzilin ona aid olması ilə bağlı məhkəmə iddiası qaldırıb.
Nə qədər qəribə olsa da, işə baxan Xətai Rayon Məhkəməsi vətəndaşın qanuni evinin başqasına verilməsilə bağlı qərar çıxarıb. Azinforum.az qərardan narazı qalan vətəndaşla olan videomüsahibəni təqdim edir: