Rövşən Ağayev, iqtisadçı

**?

Uşaq bağçaları icra hakimiyyətlərindən alınaraq Təhsil Nazirliyinə verilib.

Gələn ilin büdcə müzakirələrində hökumət mediası üçün bir fəxarətli başlıq artıq indidən hazırdır: "Azərbaycanda bütün rayon və şəhərlər özünümaliyyələşdirməyə nail oldular".

Səbəb də artıq bildiniz: icra hakimiyyətlərinin bir xərc salahiyyəti (bağçaların maliyyələşməsi) də onlardan alındı.

Bundan sonra icra hakimiyyətlərinin xərc səlahiyyəti yalnız öz aparatının saxlanmasını və JEK-lərin cari fəaliyyətini maliyyələşdirməyi əhatə edəəcək. Bu fəalliyyətlər üçün zəruri maliyyəni isə ən zəif iqtisadiyyata malik rayonlarımız da toplaya bilir.

İnkişafın Azərbaycan modeli budur: müasir iqtisadiyyat dərsliklərinə düşəcək fövqəladə bir model...

Mia.az